AZ

"Barselona" onu göndərmək istəmir

"Barselona"nın yarımmüdafiəçisi Pablo Torre "Portu"ya keçməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, Kataloniya təmsilçisinin baş məşqçisi Hans-Diter Flik şəxsən futbolçunun komandada qalmasını xahiş etdiyi üçün klub rəhbərliyi Torreni "Portu"ya buraxmaqdan imtina edib.

Daha əvvəl "Porto"nun 21 yaşlı ispan yarımmüdafiəçini transfer etmək istədiyi bildirilirdi.

Qeyd olunur ki, Portuqaliya yığması artıq digər variantları da işə salmağa başlayıb. Torre bu mövsüm bütün turnirlərdə cəmi 12 matçda iştirak edib, lakin dörd qol vurub və üç məhsuldar ötürmə edib.

Seçilən
14
90deqiqe.az

1Mənbələr