Tanınmış sima Rəvan Qarayev ev işləri ilə bağlı maraqlı açıqlamalar verib. O, artıq 8 ildir ki, evinin bütün təmizliyini özü etdiyini bildirib.
"Mən, məsələn, 8 ildir evi özüm təmizləyirəm. Çox təmiz insanam. Şkafımda paltarlarımı özüm saxlayıram, dolabımda geyimlərim var. Tozsoranla evləri təmizləyirəm, paltarları maşına atıb yuyuram, çıxardıram. Ütüləməkdə bir az çətinlik çəkirəm, amma onu da edirəm," – deyə Qarayev vurğulayıb.
O, evinə heç kimin təmizlik üçün gəlməsinə icazə vermədiyini, açarını isə başqasına etibar etmədiyini qeyd edib: "Xanımlar var ki, müəyyən məbləğ qarşılığında gəlirlər, evi yığışdırırlar, amma mən bunu etmirəm. Çünki gec evə gəlirəm və o vaxta heç kim ev təmizləmək üçün gəlməz. Açarı isə heç kimə vermirəm."
Bununla yanaşı, Rəvan Qarayev ev işləri görməkdən zövq aldığını və bunun onun üçün bir növ idman olduğunu da bildirib: "Mən başa düşdüm ki, insan zövq alır, idman edir. Öz-özümə etibar etmirəm."
Qarayevin bu açıqlamaları sosial şəbəkələrdə maraqla qarşılanıb.