AZ

Ronaldolu “Əl-Nəsr” Asiya Çempionlar Liqasında “Əl-Vəsl”ə qalib gəldi

AFC Çempionlar Liqasının qərb qrupunun 7-ci turunun "Əl-Nəsr" və "Əl-Vəsl" komandalarının qarşılaşması başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Əl-Avval Park” stadionunda (Səudiyyə Ərəbistanı) baş tutan görüşdə “Əl-Nəsr” 4:0 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı 25-ci dəqiqədə “Əl-Nəsr”in yarımmüdafiəçisi Əli Əl-Həssan açıb. 44-cü dəqiqədə Kriştiano Ronaldo penaltidən meydan sahiblərinin fərqini ikiyə çatdırıb. Ronaldo 78-ci dəqiqədə dubla imza atıb. 88-ci dəqiqədə Məhəmməd Əl-Fateel görüşün yekun hesabını qoyub - 4:0.

Kriştianu Ronaldonun bugünkü matçda vurduğu dubl onun karyerasında qollarının sayını 923-ə çatdırıb.

“Əl-Nəsr” AFC Çempionlar Liqasının elit qrupunda “Qərb”də keçirdiyi 7 oyundan 16 xal toplayıb və üçüncü yerdədir. "Əl-Vəsl" eyni sayda oyundan 11 xalla 5-ci yerdədir.

Seçilən
8
90deqiqe.az

1Mənbələr