“Bodrumspor” baş məşqçisi Volkan Dəmirəllə vidalaşıb.
Fanat.Az xəbər verir ki, məlumatı Super Liqa klubunun mətbuat xidməti yayıb.
43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.
Dəmirəl ötən ilin noyabrından “Bodrumspor”a rəhbərlik edirdi. Bodrum təmsilçisi onun rəhbərliyi altında 12 oyunda 2 qələbə qazanıb, 7 məğlubiyyət və 7 heç-heçəyə imza atıb.