“ABŞ Prezidenti Donald Tramp bir neçə ay ərzində Ukraynada müharibəni bitirməyi vəd etsə də, bununla bağlı planı ictimaiyyətə açıqlamayıb”.
Parol.az xəbər verir ki, bunu Polşa Prezidenti Andrjey Duda qeyd edib.
Duda bildirib ki, Rusiya ilə Ukrayna arasında sülh əldə olunduqdan sonra rəsmi Kiyevə ölkə iqtisadiyyatının bərpası, eləcə də daxili təhlükəsizlik məsələlərində dəstək göstərilməlidir.