AZ

"Yuventus" müdafiəçi Kellini "Nyukasl"dan icarəyə götürüb

İtalia Seria A təmsilçisi "Yuventus" heyətini yeni müdafiəçi ilə gücləndirib.

"Nyukasl"ın müdafiəçisi Lloyd Kelli "Yuventus"a icarəyə verilib.

"Operativ Media" xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.

26 yaşlı ingilislə icarə müqaviləsi 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Turin klubu mövsüm ərzində müəyyən şərtlərə əməl olunarsa, futbolçunun müqaviləsini almaq məcburiyyətində qalacaq.

Kelli bu mövsüm 14 oyun keçirib və bir məhsuldar ötürmə edib.

Seçilən
10
operativmedia.az

1Mənbələr