AZ

Çin: Panama kanalını idarə etdiyimiz iddiaları tamamilə əsassızdır

Çinin BMT-dəki (BMT) daimi nümayəndəsi Fu Konq ABŞ prezidenti Donald Trampın Çinin Panama kanalını idarə etməsi ilə bağlı irəli sürdüyü iddiaların “əsassız” olduğunu bildirib.

Fu bu ay BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) dönəmli sədrliyinin Çinə keçməsindən sonra BMT-də mətbuat konfransı keçirib.

"Operativ Media" xəbər verir ki, iclasda jurnalistlərin ABŞ-Çin münasibətləri ilə bağlı suallarını cavablandıran Fu Trampın Panama kanalını çinlilərin idarə etməsi ilə bağlı iddiasını rədd edərək, "Məncə, Çinə qarşı bu ittiham tamamilə əsassızdır" deyə bildirib.

"İcazə verin, qeyd edim ki, Çin Panama kanalının idarə edilməsində və istismarında iştirak etmir və heç vaxt onun işlərinə qarışmayıb. Çin Panamanın kanal üzərindəki suverenliyinə hörmət edir və kanalı daimi, neytral beynəlxalq keçid kimi tanıyır" deyə Fu çıxışını tamamlayıb.

ABŞ prezidenti Tramp vəzifəyə gəldikdən sonra ilk çıxışında daha əvvəl gündəmə gətirdiyi "Panama kanalının geri alınması" məsələsinə də toxunaraq, "Panama kanalını Çin idarə edir. Biz onu Çinə vermədik, biz Panamaya verdik və biz onu geri alırıq” demişdi.

Seçilən
24
operativmedia.az

1Mənbələr