AZ

Kir Starmer NATO-nun Baş katibi ilə görüşüb

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer Brüsseldə NATO-nun Başkatibi Mark Rutte ilə görüşüb.

Trend Baş nazirliyinsözçüsünə istinadla xəbər verir ki, liderlər Avropanın müdafiə vətəhlükəsizlik sahəsində üzləşdiyi çağırışları müzakirə ediblər. Başnazir K. Starmer Böyük Britaniyanın NATO-ya sadiqliyini bir dahavurğulayaraq, Alyansın ölkənin təhlükəsizlik strategiyasının əsasdayağı olduğunu bildirib.

NATO baş katibi Mark Rutte Britaniyanın Ukraynaya verdiyidavamlı dəstəyi yüksək qiymətləndirib. Tərəflər, Rusiyaya qarşıtəzyiqin saxlanılması üçün bütün müttəfiqlərin daha çox məsuliyyətdaşımalı olduğunu qeyd ediblər.

Seçilən
13
az.trend.az

1Mənbələr