AZ

Ərdoğan Ramazan ayı öncəsi Suriyaya səfər edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 1-də başlayan müsəlmanların müqəddəs Ramazan ayı öncəsi Suriyaya səfər edəcək...

Poliqon xəbər verir ki, bu barədə Türkiyənin “Türkiyə” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

“Qəzetimizin əldə etdiyi özəl məlumata görə,  Suriyanın yeni lideri Əhməd əl-Şaraa prezident Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək. Ərdoğanın Ramazandan əvvəl cavab səfərinə gedəcəyi iddia edilir”, deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fahrettin Altun Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əl-Şaraanın fevralın 4-də Türkiyəyə səfər edəcəyini bildirib. O, bildirib ki, danışıqlar zamanı Suriyadakı son hadisələr bütün aspektlərdə müzakirə olunacaq, birgə addımlar qiymətləndiriləcək.

Poliqon.info

Seçilən
19
1
poliqon.info

3Mənbələr