AZ

Avstraliyada köpəkbalığı 17 yaşlı qızı öldürdü

Avstraliyada 17 yaşlı qız köpəkbalığı tərəfindən öldürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın yerli mətbuatı məlumat yayıb.

Məlumata görə, hadisə fevralın də, Kvinslend ştatının Brisben şəhərinin şimalında baş verib. 17 yaşlı qız Bribi adasındakı məşhur Woorim çimərliyində çimərkən sahildən 100 metr aralıda okeanda üzərkən köpək balığı ona hücum edib.

Hadisənin şahidləri qızı sahilə çıxarıblar. Hadisə yerinə gələn tibb işçiləri ona kömək etməyə çalışsalar da, onu xilas edə bilməyiblər.


Müəllif: Arzu
Seçilən
18
teleqraf.com

1Mənbələr