AZ

Azərbaycanda avtobus istehsalı, sərnişindaşımaya necə təsir edəcək? - ŞƏRH

Bakı. Trend:

Azərbaycanda 2026-cı ildən etibarən illik 200–250 elektrikmühərrikli avtobusun istehsalı planlaşdırılır.

Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuşBakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramında deyilir.

Gələn ildən ölkəmizdə bu qədər avtobusun istehsalı avtobusparkının yenilənməsinə və artmasına səbəb ola bilər. Hazırdapaytaxtda 2800 avtobusa ehtiyac var.

Ötən il “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYDCompany Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus“Electrify Azerbaijan” arasında Anlaşma Memorandumuimzalanıb.Layihə çərçivəsində Azərbaycanda “BYD” şirkəti iləelektrobusların yığılması və bir sıra ehtiyyat hissələrinistehsalının təşkili nəzərdə tutulur.

Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektartorpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədədelektrobusların istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsalolunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı,Azərbaycanın ixrac potensialını da artıracaqdır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətininsədri Anar Rzayev Trend-ə müsahibəsində bildirib ki, paytaxtdaavtobus parkı 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmi 2500avtobusa çatdırmaq niyyətindəyik.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Fuad ƏliyevTrend-ə bildirib ki,Azərbaycanda elektrik mühərrikli avtobus istehsalı,sərnişindaşımaya müsbət təsir edəcək.

"Elektrik mühərrikli avtobuslar, ənənəvi dizel və ya benzinləişləyən avtobuslara nisbətən daha az tullantı və karbon dioksidistehsal edir. Bu, şəhərlərdə hava keyfiyyətininyaxşılaşdırılmasına və ətraf mühitin qorunmasına kömək edəbilər.

Belə avtobuslar yanacaq sərfiyyatı ənənəvi avtobuslara nisbətəndaha aşağıdır, eyni zamanda daha az mexaniki hissə olduğundan baxımxərcləri də daha aşağı ola bilər. Elektrik avtobuslar daha müasirvə səmərəli bir nəqliyyat vasitəsi kimi şəhər sərnişindaşımalarındatətbiq edildikdə, nəqliyyat infrastrukturunun inkişafı və dahageniş yayılması mümkündür. Bu da sərnişinlərin rahatlığını vəistifadənin artmasını təmin etməsini mümkün edə biləcək.Avtobusların istehsalı və istifadəsi yerli sənaye və innovasiyasahəsində də müsbət təsir yarada bilər. Bütün bunlarla yanaşı, yeniiş yerlərinin yaradılmasına, texnologiyanın inkişafına və gələcəkdədaha təmiz enerji mənbələrinə keçidə dəstək olacaq", - o əlavəedib.

Ekspertin fikrincə, məsafə və enerji təchizatı məsələlərindəelektrik avtobusların istifadəsi ilə bağlı əsas problem, onlarınşarj stansiyalarının əhatə dairəsi və şarj müddətləri olabilər:

"Bu səbəbdən infrastrukturun inkişafı mühüm əhəmiyyət kəsb edir.Bununla belə, bu məsələ zamanla həll olunacaq və elektrikavtobusların istifadəsi daha geniş yayılacaq.

Nəticədə elektrik mühərrikli avtobusların istehsalının artmasısərnişindaşımada həm ekoloji, həm də iqtisadi baxımdan müsbətdəyişikliklərə səbəb olacağı gözlənilir".

Məqalədə:
Seçilən
22
5
az.trend.az

6Mənbələr