ABŞ prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə danışıqların nəticələrindən razı qaldığını bildirib...
Poliqon xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
Bu müzakirələr çərçivəsində Kanada tariflərin dayandırılması müqabilində ABŞ ilə sərhəd təhlükəsizliyini yaxşılaşdırmaq üçün tədbirlər görməyə razılaşıb.
"İlkin nəticələrdən çox məmnunam və şənbə günü elan edilən tariflər 30 gün müddətinə dayandırılacaq", Tramp yazıb. O, əlavə edib ki, həmvətənlərinin təhlükəsizliyinə cavabdehdir və bunu təmin etmək üçün hər şeyi edəcəyinə söz verib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp demişdi ki, Kanada 51-ci ştat olaraq ABŞ-ın bir hissəsi olarsa, Vaşinqtonun tətbiq etdiyi ticarət tariflərindən yayına və hərbi müdafiə ala bilər. O vurğulayıb ki, Amerika avtomobillərinin istehsalı üçün ABŞ-ın Kanadaya ehtiyacı yoxdur, çünki bunu Detroit, Cənubi Karolina, Tennessi və ya hər hansı başqa ştatda etmək olar.
Poliqon.info