![Həkim qocalıq qoxusunun səbəbini və ondan qurtulmağın](https://e-saglam.az/storage/news/middle/images/2025/2/qocaliq-qoxusu-nedir.jpg)
Dermatoloq Aleksandra Fileva qocalıq qoxusunun əsas səbəblərindən birinin dəridəki dəyişikliklər olduğunu bildirib. Yaşla birlikdə dəri kifayət qədər sebum istehsal edə bilmir və hüceyrə yenilənməsi ləngiyir. Bu proses 2-nonenal kimi oksidləşmiş maddələrin yığılmasına və xarakterik qoxunun yaranmasına səbəb olur.
![Emlakbazari.az](https://e-saglam.az/emlakbazari/reklam_728_90.png)
E-saglam.az xəbər verir ki, qocalıq qoxusu şəkərli diabet, böyrək və qaraciyər xəstəlikləri, tənəffüs problemləri və bəzi dərmanların istifadəsi nəticəsində də yarana bilər. Həkim qoxu ilə mübarizə üçün pəhrizə daha çox təzə tərəvəz, meyvə, xüsusilə sitrus və giləmeyvələrin əlavə edilməsini tövsiyə edir.
Sağlam qidalanma üçün proteinlə zəngin qidalar, sağlam yağ turşuları və balanslı pəhriz vacibdir. Yağlı, qızardılmış və çoxlu konservant tərkibli qidalar tər və piy vəzilərini aktivləşdirərək xoşagəlməz qoxu yarada bilər.
Gigiyena da mühüm rol oynayır, çünki yaşlı insanlar fiziki zəiflik və ya yıxılmaq qorxusu səbəbindən daha az duş ala bilər. Yaşlı insanın ehtiyaclarına uyğun vanna otağı düzəltmək bu problemi həll etməyə kömək edə bilər.
Əgər yaşlı insanın evində qocalıq qoxusu yaranıbsa, onun kifayət qədər qayğı və dəstək alıb-almadığını yoxlamaq lazımdır. Yaxınların diqqəti və qayğısı onun həyat keyfiyyətini yaxşılaşdıra və narahatlığı azalda bilər.
Tərcümə: Könül Oruc