AZ

Əhməd əş-Şara Türkiyəyə səfər edəcək

Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şara Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə səfər edəcək.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir.

Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Seçilən
30
16
report.az

10Mənbələr