AZ

Mediasiya Şurası İdarə Heyətinin sədri gənclərlə görüş keçirib - FOTOLAR

Gənclər Günü münasibətilə Dövlət Miqrasiya Xidmətində “Miqrasiya Könüllüsü” İctimai Birliyinin üzvləri və “Miqrasiya Məktəbi” layihəsinin iştirakçıları üçün xüsusi görüş təşkil edilib. Görüşdə Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov iştirak edərək gənclərlə faydalı müzakirələr aparıb.

QHT.az xəbər verir ki, tədbirdə Nadir Adilov mediasiyanın mahiyyəti, cəmiyyətə faydaları və tətbiq sahələri haqqında geniş məlumat verib. O, həmçinin könüllülük fəaliyyətinin gənclərin karyera inkişafına təsirindən bəhs edərək, bu fəaliyyətin qazandırdığı dəyərləri vurğulayıb. Ölkəmizdə dövlət tərəfindən gənclər siyasətinə və könüllülük təşəbbüslərinə göstərilən dəstəyin onların bilik və bacarıqlarının artırılmasına, təhsil və məşğulluq imkanlarının genişlənməsinə müsbət təsir etdiyini bildirib.

Görüş zamanı iştirakçıların sualları cavablandırılıb və gənclərə Nadir Adilovun müəllifi olduğu “Könüllünün özəl kitabı” hədiyyə edilib. Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Seçilən
4
qht.az

1Mənbələr