![Avropa](/uploads/posts/2025-02/lyayen.png)
Avropa İttifaqı (Aİ) ABŞ-nın mümkün tariflər tətbiq edəcəyinə hazırdır.
Reyting.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen deyib.
O, Aİ-nin Avropa mallarının ABŞ-a idxalına mümkün tariflərin tətbiqinə hazırlaşdığını bildirib: “Aİ praqmatik siyasət yürüdəcək və ehtiyac yaranarsa, danışıqlar aparacaq. Digər vacib element praqmatik olmaq, tez reaksiya vermək, lazım gəldikdə müzakirə etmək və danışıqlar aparmaqdır”.
ELÇİN