AZ

Tramp Təhsil Nazirliyini niyə ləğv etmək istəyir?

ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət aparatının miqyasını azaltmaq siyasəti çərçivəsində Təhsil Departamentini ləğv etməyi planlaşdırır.TƏHSİL.BİZ Teleqraf.com-  a istinadən xəbər verir ki, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən məlumat yayıb.Qeyd olunur ki, hazırda rəhbərlik Təhsil Nazirliyinin tamamilə ləğvini və ya bəzi funksiyalarının başqa şöbələrə verilməsini nəzərdə tutan fərmanı nəzərdən keçirir. Bundan başqa, sənəd nazirliyin ləğvi ilə bağlı qanun layihəsinin hazırlanmasını nəzərdə tutur.Hazırda prezidentin müşavirləri fərmanın təfərrüatlarını və imzalanma vaxtını müzakirə edirlər.Xatırladaq ki, ilk səlahiyyət müddətində Tramp artıq Təhsil Departamentini Əmək Departamenti ilə birləşdirməyi təklif etmişdi, lakin Konqres buna qarşı çıxıb. 

Seçilən
7
2
tehsil.biz

3Mənbələr