ABŞ hesab edir ki, İran aylar ərzində nüvə silahı yaratmaq üçün qısa yol axtarır...
Poliqon xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazıb.
“İran hərbi mühəndisləri və alimləri artan nüvə yanacağı ehtiyatlarını bir il və ya daha uzun müddət ərzində deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar”, nəşr qeyd edib.
Bu məsələnin çərşənbə axşamı ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında müzakirə mövzusuna çevriləcəyi iddia edilib.
Əvvəllər bildirilirdi ki, Tramp İranın nüvə proqramını cilovlaya bilməsə, İsrailə bu ölkədəki nüvə obyektlərinə hücum etməyə icazə verə bilər.
Poliqon.info