AZ

Kaliforniya federal hökumətlə mübarizə üçün 50 milyon dollar ayırdı

ABŞ-ın Kaliforniya ştatı "federal hökumətlə mübarizə və immiqrantları qorumaq" üçün təxminən 50 milyon dollarlıq büdcəni təsdiqləyib.

İki sahil” xəbər verir ki, demokratların çoxluq təşkil etdiyi Kaliforniya Ştat Assambleyasında “ABŞ prezidenti Donald Trampın siyasətinə və immiqrasiyaya qarşı mübarizə” üçün büdcə səsverməsi keçirilib.

Səsvermə ştatın baş prokurorluğuna federal hökumətlə hüquqi döyüşlər üçün təxminən 25 milyon dollar, deportasiya ilə üzləşən mühacirləri müdafiə etmək üçün isə qanuni qruplara təxminən 25 milyon dollar ayrılmasını təsdiqləyib.

Səsvermədən əvvəl çıxış edən Nümayəndələr Palatasının sədri Robert Rivas Tramp administrasiyasını nəzarətdən kənar adlandırıb və “Biz prezident Donald Trampa etibar etmirik”, - deyib.

Bu qərarın hazırkı ünvanı Kaliforniya qubernatoru Gavin Nyusom olacaq.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
16
ikisahil.az

1Mənbələr