AZ

"Mançester Siti"dən son gündə 60 milyonluq transfer - RƏSMİ

"Mançester Siti" yeni transfer reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi qış "transfer pəncərəsi"nin sonuncu günündə "Portu"nun yarımmüdafiəçisi Niko Qonsalesin transferini açıqlayıb.

23 yaşlı ispaniyalı "şəhərlilər"lə 2029-cu ilə qədər müddətə müqavilə imzalayıb.

Qonsales MS-yə 60 milyon avroya başa gəlib. Bunun 24 milyonu "Barselona"ya çatacaq. Çünki kataloniyalılar Nikonu yenidən satış faizinə dair razılaşma ilə 8,4 milyona "Portu"ya satıb.

Niko bu mövsüm Portuqaliya çempionatında 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
13
fanat.az

1Mənbələr