AZ

Egedə qısa zamanda baş verən 500 zəlzələ: yunanlar bölgədən qaçır - FOTOLAR

Ege dənizinin Yunanıstan səmtində, xüsusiylə adalarda son bir həftə çində 500-dın çox zəlzələnin baş verməsi bölgə əhalinini qorxuya salıb.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, artıq başda Santorini olmaqla, bir çox yunan adası sakinləri zəlzələ və ondan sonra başlayan fırtına və vulkan püskürmələri qorxusu ilə bölgədən qaçmağa çalışırlar.

Məlumata görə, məktəblərin bağlanması ilə yanaşı, bölgəyə xilasedicilərin göndərilməsi, dəniz və hovuzlardan uzaq durmaq barədə xəbərdarlıqlardan sonra isə ada sakinləri təxliyə üçün əlavə bərə və təyyarə xidmətləri tələb ediblər: "Artıq təxliyə üçün bölgəyə xeyli texnika göndərilib. Əhali həyəcanla adaları tərk edirlər..." .

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
24
mia.az

1Mənbələr