AZ

İsrail ordusu 15 fələstinlini həbs etdi

İsrail ordusunun işğal altındakı Şərqi Qüds və İordan çayının qərb sahilində biri uşaq olmaqla 15 fələstinlini həbs edib.

Bakıvaxtı.az bu barədə WAFA-ya istinadla xəbər verir. 

Bildirilib ki, həbs edilən şəxslər Ramallah, Tubas və Tulkərim şəhərlərinin sakinləri olub.

Qeyd edək ki, yanvarın 19-da Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının həyata keçirilməsindən sonra İsrail işğal altındakı İordan çayının qərb sahilinə hücumlarının intensivliyini artırıb.

Əli Hüseynov

Seçilən
1
bakivaxti.az

1Mənbələr