Durham Universitetinin Coğrafiya kafedrasının dosenti Tom Çadli bildirib ki, dinamik dəyişikliklər səbəbindən dəniz səviyyəsi 2300-cü ilə qədər on metr yüksələ bilər.
Publika.az xəbər verir ki, alim bu barədə “Guardian”a müsahibəsində deyib. O qeyd edib ki, 2100-cü ilə qədər dinamik qeyri-sabitlik dəniz səviyyəsinin bir metrə qədər qalxmasına səbəb ola bilər.
"Və 2300-ə, on metrə qədər", - Çadli vurğulayıb.
Onun sözlərinə görə, 2016-2021-ci illər arasında Qrenlandiyanın buz təbəqəsi iqlim dəyişikliyi səbəbindən hər zamankından daha sürətli çatlamağa başlayıb. Bundan əlavə, beş il ərzində artıq mövcud olan çatlar da böyük ölçüdə artmışdır.