“Roma” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, A Seriyası təmsilçisi “Qalatasaray”dan Viktor Nelssonu heyətinə qatıb. 26 yaşlı müdafiəçi mövsümün sonuna kimi icarə əsasında “canavarlar”ın formasını geyinəcək.
Nelsson bu mövsüm Super Liqada 11 oyuna çıxıb.