AZ

"Qalatasaray" belçikalı ulduzunu bu kluba satdı

"Qalatasaray"ın hücumçusu Mişi Batşuayini satıb.

Fanat.Az xəbər verir ki, belçikalı forvardı Frankfurt "Ayntraxt"ı alıb. 

Məlumatı Almaniya klubunun rəsmi saytı yayıb. Xəbərə görə, futbolçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb.

Batşuayinin transfer məbləği 3 milyon avro olaraq qiymətləndirilir. 

“Olimpik Marsel”, “Çelsi”, “Fənərbağça”, “Beşiktaş”, “Valensiya” kimi klublardakı çıxışları ilə tanınan 31 yaşlı futbolçu bu mövsüm "Qalatasaray"ın heyətində 30 oyun keçirib və 7 qol vurub.

Mirağa

Seçilən
5
fanat.az

1Mənbələr