Gündə bir qram omeqa-3 yağ turşusu qəbul etmək orqanizmin bioloji qocalmasını ləngidə bilər
Araşdırmanın nəticələri Nature Aging jurnalında dərc olunub. Tədqiqatda yaşı 70 və yuxarı olan 777 nəfər iştirak edib. Onlar bir neçə qrupa bölünüblər. Üç il ərzində birinci qrup gündə 2000 beynəlxalq vahid (IU) vitamin D, ikinci qrup gündə bir qram omeqa-3 qəbul etdi, üçüncü qrup isə üç dəfə 30 dəqiqəlik evdə məşq edib. Dördüncü qrupdan hər iki növ əlavəni fiziki aktivlik olmadan qəbul etmələri, beşinci qrupdan idmanı omeqa-3 qəbulu ilə birləşdirmək, altıncı qrupdan isə hər gün idman etmək və D vitamini qəbul etmələri istənib. İştirakçıları izləyən elm adamları, müxtəlif epigenetik saatlara görə, orta dərəcədə omeqa-3 istehlakının bioloji qocalmanı dörd aya qədər yavaşlatdığını aşkar ediblər. Epigenetik saat toxuma, hüceyrə və ya orqanın bioloji yaşını təyin etməyə xidmət edən xüsusi DNT “markerləri” toplusudur.
Omeqa-3, D vitamini və idmanın birləşməsi bioloji qocalmanı yavaşlatmaq üçün daha təsirli bir üsul olduğunu sübut edib. Üstəlik, bu təsirin cins, yaş və bədən kütləsi indeksindən asılı olmayaraq iştirakçılarda baş verdiyi müşahidə edilmişdir.
//Gülnarə Abasova, Editor.az