AZ

BMT: Rusiya rəsmiləri ukraynalı əsirləri öldürməyə çağırıb

Ukraynadakı müharibədə Rusiya hərbçiləri tərəfindən əsir götürülmüş ukraynalı əsgərlərə qarşı repressiyalar kəskin artıb.

Herbiand.az xəbər verir ki, BMT-nin Ukraynadakı İnsan Haqlarının Monitorinqi Missiyasının bazar ertəsi dərc etdiyi yeni hesabata görə, bu cür edamlar qismən Rusiya rəsmiləri tərəfindən təşviq edilir.

BMT müşahidəçilərinin məlumatına görə, 2024-cü il avqustun sonundan bu günə qədər 24 ayrı insidentdə 79 belə məhkəməsiz edam qeydə alınıb.

BMT missiyasının hesabatında deyilir: "Bir çox ukraynalı hərbi əsir təslim olduqdan sonra və ya Rusiya silahlı qüvvələrinin nəzarəti altında olarkən yerindəcə güllələnib. Şahidlərin ifadələrində silahsız və yaralı ukraynalı hərbçilərin öldürülməsi faktı da var”.

Hesabata görə, edamlar əsasən Şərqi Ukraynanın Rusiya Silahlı Qüvvələrinin hazırda irəlilədiyi ərazilərdə həyata keçirilib.

Seçilən
8
herbiand.az

1Mənbələr