AZ

Nə Rusiyadır, nə də Ukrayna: Tramp savaşı bitirmək üçün onlarla danışıq aparır

ABŞ prezidenti Donald Trampın müharibəyə son qoymaq üçün aparılan danışıqlarla bağlı verdiyi açıqlamada “digər tərəflər” Çin və bir sıra Avropa İttifaqı ölkələridir.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.

"Müharibəni bitirmək üçün hazırlıq prosedurları artıq aparılır. Belə ki, bu ssenari Ukraynanın, Avropanın və s. maraqlarını nəzərə almalıdır, rusiyayönlü görünməməlidir. Hər şey kifayət qədər mürəkkəbdir", - o qeyd edib.

Podolyakın sözlərinə görə, Tramp Ukrayna - ABŞ və Rusiya - ABŞ səviyyəsində qeyri-rəsmi ünsiyyət qurmaq, sonra isə öz planını təqdim etmək istəyir: “Bu gün bir daha vurğulayıram ki, belə bir plan yoxdur”.

Seçilən
6
1
publika.az

2Mənbələr