AZ

“Milan”dan yeni transfer

Alvaro Moratanın “Qalatasaray”a keçidindən sonra “Milan” yeni hücumçu ilə müqavilə imzalayıb. “Rossionerlər” Hollandiyanın “Feyenoord” komandasından Santiyaqo Ximenezin transferini rəsmiləşdirib.

Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, “Milan” meksikalı hücumçu ilə 2029-cu ilədək müqavilə imzalayıb. İtaliya nəhəngi 23 yaşlı futbolçunun keçidi üçün 32.5 milyon avro ödəyib. 

Qeyd edək ki, “Milan”ın hazırda daxili liqada vəziyyəti heç də yaxşı deyil. 7 qat Çempionlar Liqası çempionu A seriyasında 8-ci pillədə qərarlaşıb.

Nazim Hacıyev

 

 


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr