“Ermənistanın baş naziri Nikol Paşinyanın əlinə “kozır” düşüb. Birinci “kozır” Levon-Ter-Petrosyanın çıxşı ilə bağlı idi ki, biz azərbaycanlıları bu ərazidən köçürmüşük. Onları qırğına məruz qoymuşuq. Burada bir etiraz var”.
Bu sözləri Bakıvaxtı.az-a siyasi şərhçi Samir Hümbətov Ermənistanın müxalif “Hraparak” nəşrinin “Zəngəzurun verilməsi prosesi başladı” sərlövhəli məqaləsinə münasibət bildirərkən vurğulayıb.
Onun sözlərinə görə, Paşinyanın əlindəki ikinci “kozır” isə Robert Koçəryanla ümumilli lider Heydər Əliyev arasında baş tutan görüşlə bağlıdır:
“Hesab edirəm ki, bu faktlar Paşinyanın əlini gücləndirdi. Bu gün Paşinyan Ermənistan müxlifətinin qarşısında dayana bilir. Baş nazir həmin əraziləri Azərbaycanın nəzarətinə versə də, Zəngəzur dəhlizinin açılmasına etiraz etməsə də, Azərbaycanın şərtlərini qəbu etsə də, onu cəmiyyətə başqa cür təqdim edə bilər”.
Ortada sənədlər olduğunu deyən S.Hümbətov ABŞ Dövlət Departamentinin bu sənədləri yaydığnı qeyd edib. Müsahibimiz hesab edir ki, Paşinyan yavaş-yavaş prosesi hazırlayır:
“O prosesi hazırlamaqla yanaşı, həm də onu diplomatik kanallar vasitəsilə icra edir. İlk növbədə cəmiyyəti, daha sonra isə dünya ictimaiyyətini prosesə hazırlayr”.
Samir Hümbətov: Paşinyan istənilən halda fikrini dəyişə biləcək potensialı olan bir şəxsdir
Siyasi şərhçi qeyd edib ki, Paşinyan həm də Azərbaycana mesaj ötürür ki, razılığa gəlmək istəyir:
“Paşinyan rəsmi Bakının tələblərini yerinə yetirəcək. Başqa alternativ görsənmir, amma yenə də bu ölkənin adı Ermənistandır. Söz və fikirlərini bir dəqiqə içərisində dəyişə bilərlər. Onlara arxayın olmaq olmaz. Paşinyan istənilən halda fikrini dəyişə biləcək potensialı olan bir şəxsdir. Ona görə biz tam sülh müqaviləsi imzalamadan onun fikirlərinə əmin ola bilmirik”.
Qeyd edək ki, Ermənistanın müxalif “Hraparak” nəşri “təhlilçilərə istinadla” məqalə yayıb. Mətndə vurğulanır ki, Nikol Paşinyanın ötən gün keçirdiyi və 4 saat davam edən mətbuat konfransının əsas hədəfi ictimaiyyəti Zəngəzur dəhlizinin mümkün güzəştinə hazırlamaq cəhdi ola bilər.
Aydən Baxış