AZ

UFC döyüşçüsü Makqreqor "İrəli, Həbib" deyən azarkeşin üzünə tüpürüb

UFC

UFC döyüşçüsü Konor Makqreqor "İrəli, Həbib" ifadəsinə görə bir azarkeşin üzünə tüpürüb. Bu barədə Championship Rounds sosial şəbəkələrdə məlumat yayıb, “Ulusum”.az xəbər verir."Mən sənin üzünə tüpürürəm. Nə edəcəksən? Heç nə", – deyə Makqreqor bildirib.Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib Nurməhəmmədov UFC 229 turnirində Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb.Makqreqorun son döyüşü 2021-ci ildə UFC 264 turnirində amerikalı Dastin Porye ilə olub. İlk raundda o, ayaq sınığı səbəbindən məğlubiyyətə uğrayıb.Həbib isə 2020-ci ilin payızında amerikalı Castin Getjini məğlub edərək karyerasını başa vurduğunu elan edib. O, bu qərarı anasına verdiyi "atasız döyüşməyəcəyəm" vədiylə izah edib. Daha sonra o, Eagle FC adlı promouşen yaradıb.2022-ci ilin oktyabrında Makqreqorun altı aylıq dopinq testindən keçmədən oktaqona qayıda bilməyəcəyi bildirilmişdi. O, yenidən döyüşmək üçün iki mənfi test nəticəsi təqdim etməlidir.Səidə

Diqqət Çəkənlər

Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir

Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir

Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər

Seçilən
6
ulusum.az

1Mənbələr