Türkiyədə jandarma tərəfindən iki mütəşəkkil fırıldaqçı cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.
Herbiand.az xəbər verir ki, Daxili işlər naziri Əli Yerlikayanın verdiyi məlumata görə, “CELL-8” əməliyyatı zamanı İstanbulda Manisada 64 şübhəli saxlanılıb.
Yerlikaya sosial şəbəkədəki səhifəsində etdiyi paylaşımda əməliyyatlar zamanı təxminən 5 milyard lirə dəyərində 590 torpaq sahəsi, 80 ev, 150 bank hesabı, 5 avtomobil və 1 motosikletin ələ keçirildiyini bildirib.
Yerlikaya 19 şübhəlinin həbs edildiyini və onlardan 41-i barəsində məhkəmə nəzarəti qərarı verildiyini bildirsə də, digərləri ilə bağlı əməliyyatların davam etdiyini bildirib.