AZ

Vətəndaşları aldadan dələduz bankirə 45 min il iş kəsildi

Yazını böyüt
Yazını kiçilt

Anadolu 6-cı Ağır Cəza Məhkəməsində baxılan Çiftlik Bank işi üzrə qərar açıqlanıb. Məhmət Aydın və böyük qardaşı Fatih Aydının da olduğu 5 məhbus müttəhim həbsxanadan məhkəməyə gətirilib. Məhkəmədə həbssiz mühakimə olunan Cəfər Çolak, şikayətçilər və şübhəlinin vəkilləri də iştirak edib. Bir müttəhim məhkəməyə Audio və Video İnformasiya Sistemi (SEGBİS) vasitəsilə qoşulub.

Hafta.az-ın yazdığına görə, dövlət ittihamçısı əvvəlki dinləmələrdə verdiyi rəyi təkrar edərək, Məhmət və Fatih Aydının “informasiya sistemləri vasitəsilə dələduzluq” cinayətinə görə 4414 dəfə cəzalandırılmasını istəyib. Bundan əlavə, "cinayət təşkilatı yaratmaq" və "cinayət nəticəsində əmlak dəyərlərinin yuyulması" maddələri ilə cəza istənilib. Prokuror hər iki şübhəli üçün ümumilikdə 88302 il həbs cəzası istəyib. Digər təqsirləndirilən şəxslərə törətdikləri cinayətlərdən asılı olaraq müxtəlif müddətlərdə həbs cəzası istənilib.

Məhkəmədə müdafiə çıxışı edən Məhmət Aydın, "Əvvəldən deyirəm, heç kimi aldatmaq niyyəti ilə hərəkət etməmişəm. Mənim sərmayələrim zərərçəkmişlərin itkilərini ödəyə bilər, amma bu ziyan dövlət müsadirə etdiyi üçün baş verib", - deyib. Qardaşı Fatih Aydın və digər təqsirləndirilən şəxslər də ittihamları rədd edərək, bəraət istəyiblər.

İclasda fasilədən sonra məhkəmə kollegiyası qərarını açıqlayıb. Məhmət və Fatih Aydın Çiftlik Bank sisteminin qurucusu olduqları səbəbilə hər biri 45376 il 6 ay həbs cəzasına məhkum edilib.

Seçilən
15
1
hafta.az

2Mənbələr