Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq çərçivəsində aparılan araşdırmalar nəticəsində qeyd olunub ki, yoxsulluq səviyyəsi 2024-cü ildə 8,9 faizə düşüb. Bu nisbət 2023-cü ildə 11 faiz olaraq ölçülüb.
Hafta.az-ın yazdığına görə, Buxarada yoxsulluq səviyyəsi 11,8 faizdən 8,7 faizə, Səmərqənddə 10,5 faizdən 7,5 faizə, Namanqanda 10,4 faizdən 7,6 faizə, Qaraqalpaqıstanda 13,6 faizdən 10,8 faizə enib.
Məsələ ilə bağlı nazirlikdən bildirilib ki, “2024-cü ildə ölkədə yoxsulluğun səviyyəsinin aşağı salınmasında əhalinin məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətinin artırılması, təsərrüfat və fermer təsərrüfatı üçün ayrılmış torpaqlardan istifadənin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm rol oynayıb".
Bundan əlavə, əhalinin gəlirləri 10,7 faiz artıb, adambaşına düşən orta aylıq məbləğ 2,1 milyon soma (təxminən 2752 manat) çatıb.
Digər tərəfdən Özbəkistan Statistika Agentliyi ölkədə keçən il doğum, ölüm və evlilik nisbətlərini təyin edib. Bu çərçivədə ölkədə doğum nisbətləri 2023-cü ilə nisbətən azalarkən, ölənlərin sayı artıb.