AZ

Səudiyyəli şeyxi Moskvada evini satarkən soydular

Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı şeyxi Moskva vilayətində ev nümayişi zamanı böyük oğurluğa məruz qalıb. Fırıldaqçılar onun lüks saatları və qiymətli zinət əşyaları da daxil olmaqla ümumilikdə 30 milyon rubl dəyərində əşyalarını oğurlayıblar.

Hafta.az-ın “Mash Telegram” kanalına istinadən yazdığına görə, şeyx xanımı Nadejda ilə Dubaydan Rusiyaya gəlib. Qadın Rublovkadakı dəbdəbəli malikanəsini 400 milyon rubla satmaq istəyib. Lakin saxta sənədlərlə özlərini alıcı kimi təqdim edən fırıldaqçılar evi gəzdikdən sonra cütlüyün qiymətli əşyalarını oğurlayıblar.

Oğurluqdan sonra başqa bir şəxs gizli şəkildə malikanəyə girərək bütün qapıların qıfıllarını kəsib, elektrik və digər rabitə xətlərini sıradan çıxarıb. Ev sahibləri təhlükəsizlik tədbirləri çərçivəsində malikanəni təfərrüatı ilə araşdırdıqda təəccüblü bir vəziyyətlə qarşılaşıblar. Evdə dinləmə cihazları tapıblar. Bunlar portativ şarj cihazında, doldurma qələmdə və çardaqda saxlanılırdı. Qadın hadisənin arxasında keçmiş ərinin ola biləcəyindən şübhələnir.

Seçilən
22
hafta.az

1Mənbələr