AZ

Yeni transferi “Qalatasaray”a 3 xal qazandırdı - VİDEO

Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Sportinfo.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma baş tutub.

Səfərdə “Qaziantep”lə qarşılaşan “Qalatasaray” növbəti qələbəsini qazanıb.

Qonaqlara qələbə qazandıran qola 5-ci dəqiqədə yeni transferi Ahmet Kutucu imza atıb.

Hazırda 57 xalı olan “Qalatasaray” vahid liderdir. “Fənərbağça” 51, “Samsunspor” 40, “Eyüpspor” 39, “Göztəpə” 34, “Başakşəhər” və “Beşiktaş” 32 xal toplayıb.

Seçilən
8
sportinfo.az

1Mənbələr