AZ

Ticarət müəssisələrinə verilən biznes kreditlərinin həcmi 4 milyard manatı ötüb

Bakı. Trend:

Ötən ilin sonuna olan məlumata görə, Azərbaycanda fəaliyyətgöstərən banklar tərəfindən ticarət müəssisələrinə verilmiş bizneskreditlərinin həcmi 4,248 milyard manata çatıb.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin sonu ilə müqayisədə 643milyon manat və ya 17,8% çoxdur. Belə ki, 2023-cü ilin sonundaAzərbaycandakı banklar tərəfindən ticarət müəssisələrinə verilmişbiznes kreditlərinin həcmi 3,605 milyard manat olub.

Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycanda fəaliyyət göstərənbankların biznes kredit portfelinin həcmi 14,787 milyard manattəşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illəmüqayisədə 17,2% və ya 2,170 milyard manat artıb. 2023-cü ildəbankların biznes kredit portfelinin həcmi 12,616 milyard manatidi.

Seçilən
8
az.trend.az

1Mənbələr