AZ

Elektrik avtomobili istehsalçısının səhmlərində kəskin düşüş yaşandı - QİYMƏT

Dünən bazarda ən çox ucuzlaşan səhmlər Tesla-ya məxsus olub.

Bitcoin qiyməti 100 minin altında donub - SON QİYMƏT

FED.az xəbər verir ki, şirkətin səhmləri 5,17% dəyər itirərək 383,68 dollara düşüb. Tesla-nın ardınca Apple səhmləri 3,39% ucuzlaşaraq 228,01 dollara geriləyib. Üçüncü ən böyük azalma isə NVIDIA səhmlərində müşahidə edilib. Şirkətin səhmləri 2,84% azalaraq 116,66 dollara enib. 

Digər texnologiya nəhəngləri də düşüş tendensiyasına qoşulub. Microsoft-un səhmləri 1% azalaraq 410,92 dollara düşüb, Alphabet (Google) isə 1,44% itki ilə 202,64 dollardan bağlanıb. Amazon, Berkshire Hathaway və Johnson & Johnson kimi şirkətlərin səhmlərində də azalma müşahidə edilsə də, bu enişlər nisbətən kiçik olub. 

Bazarın ümumi mənzərəsinə baxdıqda, iri texnologiya və səhiyyə şirkətlərinin səhmlərinin əksəriyyətində azalma qeydə alınıb. Lakin Meta Platforms və Visa kimi şirkətlər yüksəliş göstərib. Meta Platforms səhmləri 1,20% artaraq 697,46 dollara, Visa səhmləri isə 1,18% bahalaşaraq 345,82 dollara yüksəlib. 

Daha detallı aşağıdakı cədvəldə :

Sıra

Şirkət Adı

Səhmin Bağlanış Qiyməti ($)

Gündəlik dəyişiklik (%)

1

Apple

228,01

-3,39

2

Amazon.com

237,42

-0,11

3

Meta Platforms

697,46

+1,20

4

Berkshire Hathaway

464,61

-0,87

5

Visa

345,82

+1,18

6

Johnson & Johnson

151,87

-0,18

7

Microsoft

410,92

-1,00

8

Alphabet (Google)

202,64

-1,44

9

Tesla

383,68

-5,17

10

NVIDIA

116,66

-2,84

Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür. 

Seçilən
18
fed.az

1Mənbələr