AZ

Ronaldu dubl etdi, "Əl-Nəsr" Asiya Çempionlar Liqasında darmadağınla qalib gəldi - VİDEO

“Əl-Nəsr” Asiya Çempionlar Liqasında növbəti oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Ər-Riyad klubu doğma meydanda Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Əl-Vəsl”i sınağa çəkib.

Səudiyyə Ərəbistanında çıxış edən superulduz Kriştianu Ronaldunun komandası böyük hesablı qələbə qazanıb. "Əl-Nəsr" rəqibini 4:0 hesabı ilə məğlub edib ki, Ronaldu iki dəfə fərqlənib. O, əvvəlcə penaltidən, daha sonra oyun epizodundan qol vurub. Beləliklə, portuqaliyalı aktivindəki qolların sayını 923-ə çatdırıb. 
 


 
"Əl-Nəsr"in hazırda 16 xalı var və Qərb bölgəsində bir oyun az keçirən "Əl-Hilal"la bərabər iki-üçüncü yerləri bölüşdürür. "Əl-Vəsl" isə 11 xalla 5-ci yerdədir.

Mirağa

Seçilən
0
fanat.az

1Mənbələr