Bakı. Trend:
Ötən gün axşam radələrində Azərbaycan RespublikasınınMinatəmizləmə Agentliyinə Qazax rayonunun Qazax şəhərində məişəttullantıları qutularının yaxınlığında hərbi sursatın aşkar edilməsibarədə məlumat daxil olub.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Respublikasının MinatəmizləməAgentliyindən bildirilib.
Qeyd edilib ki, Agentliyin müvafiq əməliyyat heyəti hadisəyerinə cəlb olunaraq, əraziyə baxış keçirib. Baxış zamanı 1 ədəddöyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək,zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.