AZ

Gürcüstan parlamentində sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib

Gürcüstan parlamentinə ziyarətçilərin girişi bu gün məhdudlaşdırılıb - yaz sessiyasının başlanması ilə əlaqədar sarı təhlükəsizlik səviyyəsi tətbiq edilib.

“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, ilk iclasda Gürcüstan Prezidenti Mixail Kavelaşvili aktual məsələlər barədə məruzə ilə çıxış edəcək.

"Bu tədbirlərin məqsədi Gürcüstan Parlament Sarayında təhlükəsiz mühitin təmin edilməsidir", - qanunverici orqanın bəyanatında qeyd olunub.

Planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə və plenar iclaslara yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunan şəxslər buraxılacaq.

Parlament tədbirləri başa çatanadək parlament binasına yalnız akkreditə olunmuş KİV nümayəndələri buraxılır.

Seçilən
40
3
report.az

4Mənbələr