AZ

Tacikistanda ŞOK: İŞİD həbsxananı ələ keçirdi - Rəis ÖLDÜRÜLDÜ

Bu gün, 10:19

İŞİD terror təşkilatının tərəfdarı olan bir qrup məhbus Tacikistanın Vahdat şəhərindəki həbsxana koloniyasını ələ keçirib.
Reportyor.tv xəbər verir ki, bu barədə Müasir Əfqanıstan Araşdırmaları Mərkəzinin eksperti Andrey Serenko vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat verib.
İlkin məlumata görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi həlak olub, daha bir neçə əməkdaş isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
“Tacikistan təhlükəsizlik qüvvələri üsyanı yatırmaq üçün sərt əməliyyat keçirib. Həbsxanaya edilən hücum nəticəsində ən azı 10-15 məhbus, bütün İŞİD tərəfdarları məhv edilib”, - mənbə qeyd edir.
Hazırda ölkənin bütün güc strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Vahdat şəhərindən paytaxt Düşənbəyə qədər nəzarət-buraxılış məntəqələri qurulub. Tacikistanın Daxili İşlər Nazirliyi və digər güc strukturlarının əməkdaşları bütün ərazidə patrul xidmətini gücləndiriblər.
Musavat.com

Seçilən
38
2
Reportyor.tv

3Mənbələr