Çinin BMT-dəki daimi nümayəndəsi Fu Çun bildirib ki, Pekin ABŞ-nin tariflərinə qarşı əks tədbirlər görməyə məcbur ola bilər.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, o, ABŞ-ni sanksiyalarla hədələyib.
“Biz əks tədbirlər görməyə məcbur ola bilərik. Onu da qeyd edim ki, ticarət müharibəsində qalib gələn olmayacaq”, – deyə o vurğulayıb.
Bundan əvvəl məlum olmuşdur ki, Çin ABŞ-nin rüsumlarına cavab olaraq Ümumdünya Ticarət Təşkilatında məhkəməyə müraciət edəcək.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Meksika və Kanadadan gələn mallara 25 faiz, Çindən gələn mallara isə 10 faiz rüsum tətbiq edən sərəncam imzalayıb.