İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsi tərəfindən aparılan araşdırmada aralarında məşhurların da olduğu sələmçiliklə məşğul olan 4 nəfər saxlanılıb.
Publika.az xəbər verir ki, Ziyadin Bilgi adlı şəxs tərəfindən davamlı təzyiqə məruz qalan vətəndaşın şikayət əsasında idarə hərəkətə keçib.
Ticarətlə məşğul olan Ziyadinin sələmçiliyin və ağır təhdid cinayətlərinin icraçısı olduğunu göstərən sənədlər tapılıb. O, saxlanılıb və rəqəmsal materialları müsadirə edilib.
Yaşayış və iş yerlərində aparılan axtarışlar zamanı sələmçilik cinayətlərinin əks olunduğu əlyazma sənədlər və rəqəmsal materiallar götürülüb.
Məşhurların sələmçisi kimi tanınan Örfi Bilginin evində aparılan axtarış zamanı müğənni Seda Sayan tərəfindən imzalanan sənədlər tapılıb.