ABŞ-ın keçmiş prezidenti Co Bayden yaradıcı insanların və idmançıların maraqlarını təmsil edən Creative Artists Agency (CAA) ilə müqavilə bağlayıb...
Poliqon xəbər verir ki, Bayden vitse-prezident vəzifəsində çalışarkən artıq bu agentliklə işləyib.
"Prezident Bayden Amerikanın milli və qlobal məsələlərdə ən hörmətli və nüfuzlu simalarından biridir. Biz onunla yenidən işləməkdən şərəf duyuruq", deyə CAA həmsədri Riçard Lovett Instagram səhifəsində yazıb.
Co Baydenin Creative Artists Agency ilə əvvəlki müqaviləsi 2017-ci ildən 2020-ci ilə qədər olub. Onların əməkdaşlığı zamanı Bayden "Mənə söz ver, ata" adlı xatirə kitabını nəşr edib. Kitabda o, böyük oğlu Bonun ölümündən sonra keçirdiyi hisslərdən danışıb. Xatirəni təbliğ etmək üçün CAA Co Bayden üçün ABŞ turu təşkil edib. BBC yazır ki, siyasətçinin çıxışları onun 2020-ci il prezidentlik kampaniyasının mərhələlərindən birinə çevrilib.
Creative Artists Agency Los Angelesdə yerləşir. Agentlik adətən kino ulduzları və məşhurlarla işləyir, lakin çox vaxt siyasətçilərin də maraqlarını təmsil edir. Creative Artists Agency Co Bayden ilə mövcud müqavilənin təfərrüatlarını açıqlamayıb.
Poliqon.info