AZ

Avropa çempionatı: Azərbaycan futzal millisi seçmə mərhələdə növbəti oyununu keçirəcək

Bakı, 4 fevral, AZƏRTAC

Azərbaycanın futzal millisi bu gün Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, 5-ci qrupda yer alan yığma Bakıda Yunanıstan kollektivi ilə qarşılaşacaq.

Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 20:00-da başlayacaq. Matçı norveçli baş hakim Telmen Undrax idarə edəcək.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu Azərbaycan millisi əsas mərhələdə keçirdiyi ilk oyunda İsveçlə 3:3 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Xorvatiyaya 2:9 hesabı ilə uduzub.

Seçilən
9
azertag.az

1Mənbələr