Bakı,TurkicWorld
Cənubi Sudanın Cənubi Kordofan əyalətinin paytaxtı Kaduqlidə bombalı hücum nəticəsində azı 40 nəfər həlak olub, 70 nəfər isə yaralanıb
TurkicWorld xəbər verir ki, hadisənin Sudanlı üsyançı qrup tərəfindən törədildiyi bildirilir.
Səhiyyə mənbələrinə görə, hücumu Sudan Xalq Azadlıq Hərəkatının (SPLM-N) lideri Əbdüləziz əl-Hilu təşkil edib və Hücum orduya və onlara qarşı döyüşən Çevik Dəstək Qüvvələrinə (RAPF) qarşı həyata keçirilib.
Əsas hədəf isə Kaduqlidəki ticarət bazarı olub.
Cənubi Kordofan əyalətinin qubernatoru hücumun bölgədə sabitliyi pozmaq məqsədi daşıdığını bildirib və Kadugli ətrafındakı dağların üsyançılardan təmizlənəcəyini vəd edib.
Qeyd edək ki, Əbdüləziz əl-Hilu Sudanın dünyəvi dövlət olmasını tələb etdiyi üçün 2020-ci ildə sülh müqaviləsi imzalamaqdan imtina edib. O, həmçinin HDK komandiri Mohammed Hamdan Daklu (Hamideti) ilə hər hansı danışıqlardan çəkinib.
2023-cü ilin aprelindən bəri isə Sudan ordusu və Çevik Dəstək Qüvvələri arasında amansız müharibə gedir. Kordofan və Darfur bölgələri silahlı toqquşmalardan ciddi təsirlənən ərazilər arasındadır.