Çin ABŞ-ın vergi tədbirlərinə qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib...
Poliqon RİA Novosti nəşrinə istinadən xəbər verir ki, bu barədə Çinin Ticarət Nazirliyi məlumat yayıb.
Qeyd edək ki,fevralın 1-də ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çindən gələn mallara gömrük rüsumlarının tətbiqi haqqında fərman imzalayıb. Fevralın 4-dən bütün Çin ixracatına 10% rüsum qüvvəyə minib.
“Cavab olaraq, Çin qanuni hüquq və maraqlarını qorumaq üçün Ümumdünya Ticarət Təşkilatının mübahisələrin həlli mexanizmi ilə ABŞ-ın vergi tədbirlərinə qarşı şikayət edib”, nazirliyin bəyanatında deyilir.
Bundan əlavə, Çin ABŞ-dan gələn kömür, mayeləşdirilmiş təbii qaz (LNG), neft və kənd təsərrüfatı avadanlıqlarına rüsum tətbiq etmək qərarına gəlib.
Ağ Ev ABŞ və Çin liderlərinin yaxın iki gün ərzində telefon danışığı aparacağını bildirib.
Poliqon.info