AZ

NATO-dan sürpriz Türkiyə paylaşımı

NATO Dəniz Komandanlığı Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə Aralıq dənizində həyata keçirilən “Sea Guardian” əməliyyatından sürpriz görüntü paylaşıb.

Publika.az xəbər verir ki, “TCG Salihreis” freqatının göyərtəsindən paylaşılan görüntüdə Türk Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin gəminin yanından keçdiyi anlar yer alıb.

“TCG Salihreis (F 246) NATO Müttəfiq Dəniz Komandanlığının Aralıq dənizində Dəniz Mühafizəsi əməliyyatı çərçivəsində Türk hava elementi ilə Hava-Dəniz Koordinasiya əməliyyatları həyata keçirib.

Dəniz Təhlükəsizliyi Əməliyyatları qarşılıqlı fəaliyyət vasitəsilə dənizdə vəziyyətlə bağlı məlumatlılığı qorumaq, terrorizmin qarşısını almaq və ona qarşı mübarizə aparmaq və potensialın gücləndirilməsi, qarşılıqlı faydaları təşviq etmək üçün keçirilir”, - deyə NATO-nun paylaşımında bildirilib.

Seçilən
14
2
publika.az

3Mənbələr