Fransa qoşunlarını Seneqaldan çıxarır
Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Seneqo” portalı öz mənbələrinə istinadla məlumat yayıb.
Məlumata görə, “Mareşal”, “Sent-Ekzüperi” və “Kont-Admiral Prote” bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.
Portalın məlumatına görə, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.
Qeyd edək ki, bundan əvvəl Seneqalın APS agentliyi fransız hərbi mənbəsinə istinadla Parisin yaya qədər bütün qoşunlarını çıxarmaq niyyətində olduğunu bildirib. O, həmçinin, Fransanın 2023-cü ilin yayından Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğu ideyasına yenidən baxmağa başladığını qeyd edib.
Digər tərəfdən, keçən il noyabrın sonunda Seneqal Prezidenti Bassiru Diomay Fay ölkənin suverenliyi konsepsiyasının Fransa hərbi bazalarının Seneqal ərazisində olması ilə bir araya sığmadığını bildirib. O qeyd edib ki, 80 il əvvəl Fransa ordusunun seneqallı əsgərlərinə qarşı törədilən hərbi cinayətlərə görə Seneqalın Fransadan rəsmi üzr tələb etmək hüququ var.